Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın Yaroslavl vilayətində "Slavneft-YANOS” neftayırma zavoduna hücumu təsdiqləyib.
"RBC-Ukraine” xəbər verir ki, Ukrayna hərbi rəsmilərinin məlumatına görə, hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.
Qeyd edək ki, bundan əvvəl sözügedən obyektin vurulması barədə xəbərlər yayılıb. "Slavneft-YANOS” neftayırma zavodu Rusiyada ən iri neftayırma zavodlarından biridir və illik 15 milyon ton neft emalı potensialı var.










































