Ukrayna parlamenti erməni yalanlarına yox dedi

DÜNYA
16:06 30.07.2013
1269

Parlamentin insan hüquqları və millətlərarası münasibətlər komitəsi layihənin müzakirəyə çıxarılmasını məqbul saymayıb

Ukrayna Ali Radasının (parlament) İnsan hüquqları və millətlərarası münasibətlər komitəsi parlamentə təqdim olunmuş qondarma “Erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Komitə üzvü, Ali Radanın deputatıMustafa CəmilAPA –ya açıqlamasında bildirib ki, komitədə keçirilən müzakirələrdə layihənin parlamentdə müzakirəsi məqbul sayılmayıb və layihə komitədən geri qaytarılıb. Mustafa Cəmil qeyd edib ki, müzakirə zamanı bildirilib ki, belə bir sənədin Ukrayna parlamentində qəbulu reallığa uyğun deyil: “Komitə üzvlərinin də yekdil fikri o oldu ki, bu kimi sənədlərin qəbulundan əvvəl tarixçilərin bu barədə geniş araşdırmasına və birgə qərarlarına ehtiyac var. Eyni zamanda belə bir layihənin qəbulu ölkədə millətlərarası dostluğa ciddi ziyan vura bilər. Ona görə də komitə belə bir layihədən imtina etdi”. Məsələ ilə bağlı Ali Radanın bir qrup deputatının imzası ilə Ukrayna Azərbaycanlıları Konqresinə (UAK) rəsmi müraciət də ünvanlanıb. Müraciətdə layihənin komitədən geri qaytarıldığı və Ukraynada yaşayan azərbaycanlıların, digər türkdilli xalqların narahatlığına artıq ehtiyac qalmadığı qeyd olunub. Xatırladaq ki, layihə ötən ay Ukrayna Ali Radasının erməni əsilli deputatları Arsen Avakov (Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” Partiyası) və Vilen Şatvoryan (hakim Regionlar Partiyası) tərəfindən parlamentə təqdim olunub və katiblikdə qeydə alınıb. Layihədə qeyd olunur ki, Ali Rada ermənilərin 1915-1922-ci illərdə Osmanlı İmperiyasında kütləvi məhv edilməsini erməni xalqının soyqırımı kimi tanıyır, 24 apreli isə erməni xalqının soyqırımı qurbanlarının xatirə günü kimi qəbul edir. Layihə parlamentdə qeydə alındıqdan dərhal sonra UAK, Ukrayna Azərbaycanlı Gəncləri Birliyi (SAMU) və digər türkdilli təşkilatlar birgə Ukrayna Ali Radasına və ölkə prezidentinə etiraz məktubu ünvanlayıb, layihə qəbul olunduğu təqdirdə ölkədə kütləvi etiraz aksiyaları keçiriləcəyini bildiriblər. Radanın deputatı, Krım tatarlarının lideri M.Cəmil isə layihə qəbul olunduğu təqdirdə “Batkivşina” fraksiyasından çıxacağını və Krım tatarlarının kütləvi etirazlara qalxacağını bəyan etmişdi.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq