Ukrayna parlamentinin 20-yə yaxın deputatı xaricə qaçıb

Ukrayna parlamentinin 20-yə yaxın deputatı xaricə qaçıb
DÜNYA
15:32 15.03.2022
255
Rusiyanın fevralın 24-də başlatdığı müharibədən sonra Ukrayna parlamentinin (Ali Rada) 20-yə yaxın deputatı ölkəni tərk edib.

Bu barədə Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko məlumat verib.

"Müxtəlif rəqəmlər var, indi dəqiqləşdirməyəcəyəm... 20-yə yaxın xalq deputatı Ukraynada yoxdur”, - o deyib.

A.Korniyenko eyni zamanda, 9 deputatın Avropa Şurasında ezamiyyətdə olduğunu da xatırladıb.

Bildirilib ki, ölkədən qaçan xalq deputatlarının adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur.
 
///Report
OXŞAR XƏBƏRLƏR