Ukrayna: Pilotsuz təyyarə zərbələri Putinə mesajdır

Ukrayna: Pilotsuz təyyarə zərbələri Putinə mesajdır
DÜNYA
16:07 11.03.2025
318
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Moskvaya pilotsuz təyyarə hücumları ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kovalenko sosial media hesabından paylaşdığı videomesajında ​​Ukrayna və ABŞ rəsmilərinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşdüyünü xatırladıb.

Digər tərəfdən, bu gecə Rusiyanın paytaxtı Moskva və ətrafına ən sıx PUA hücumlarının edildiyini ifadə edən Kovalenko, bunun Rusiya prezidenti Putinə hava məkanında atəşkəslə bağlı "mesaj" olduğunu bildirib.

"Bu, Putinə əlavə siqnaldır ki, o, həm də havada atəşkəsdə maraqlı olmalıdır. Təkcə neft emalı zavodları deyil (neft emalı zavodlarına), həmçinin pilotsuz təyyarələr də Moskva üzərində daim kütləvi şəkildə uça bilər", - Kovalenko bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR