Ukrayna Prezident Ofisi: “Gələn il müharibə üçün həlledici olacaq”

Ukrayna Prezident Ofisi: “Gələn il müharibə üçün həlledici olacaq”
DÜNYA
18:51 14.11.2023
219
"Gələn il müharibə üçün həlledici olacaq”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı deyib.

O söyləyib ki, savaşda dönüş nöqtəsi yaxınlaşır.

A.Yermak, həmçinin ABŞ və Avropaya çağırış edib. Prezident Ofisinin rəhbəri Qərbi Ukraynaya əlavə silah-sursat, xüsusən də hava hücumundan müdafiə sistemləri verməyə səsləyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatı keçirir.
OXŞAR XƏBƏRLƏR