Ukrayna Prezidenti: "Bu il müharibənin taleyində həlledicidir"

Ukrayna Prezidenti: "Bu il müharibənin taleyində həlledicidir"
DÜNYA
18:00 13.01.2023
272
"Bu il müharibənin taleyində həlledicidir".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Litva Seymində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rus qoşunları Ukrayna torpaqlarında ona görə məğlub edilməlidir ki, digər Avropa ölkələrinə daxil ola bilməsinlər.

Zelenski çıxışında Ukraynaya müasir tankların və effektiv artilleriyanın lazım olduğunu bildirib.

O həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların genişləndirilməsinin vacibliyini vurğulayıb.

"Biz bu müharibəni qarşı tərəfin məğlubiyyəti ilə başa vurduqdan sonra Rusiya Avropa xalqlarına daha heç nə diktə edə bilməyəcək", - Ukrayna lideri əlavə edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR