Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmətlə bağlı yeni qanun imzalayıb
DÜNYA
00:57 10.03.2026
217
Ukrayna Prezidenti Volodimir Zelenski müqavilə əsasında xidmət etmiş hərbçilərə hərbi çağırışdan bir il müddətinə möhlət verən qanunu imzalayıb.
AZXEBER.COM Oxu.az-a istinadənxəbər verir ki, sənəd Ukrayna Ali Radasının rəsmi saytında dərc olunub.
Qanuna əsasən, Ukrayna Silahlı Qüvvələrində müqavilə ilə xidmət etmiş 18-25 yaşlı gənclərə səfərbərlikdən birillik möhlət verilir.
Bununla yanaşı, bəzi siyasətçilər qanunu mübahisəli hesab edib. Deputat Mariana Bezuqlaya bildirib ki, əvvəl gənclərə xidmət bitdikdən sonra 25 yaşa qədər səfərbərliyə cəlb olunmayacaqları vəd edilmişdi.
Lakin yeni qaydaya görə, 18 yaşında müqavilə bağlayıb bir il xidmət edən şəxs 25 yaşına çatmadan da çağırıla bilər.