Ukrayna prezidentindən Rusiyaya qarşı növbəti addım

DÜNYA
11:00 08.05.2014
1168
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov ölkədə hissə-hissə səfərbərlik barədə sərəncam imzalayıb.Azxeber.com-un məlumatına görə, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yerləşdirilib.Sərəncama uyğun olaraq səfərbərlik 45 gün ərzində başlamalıdır və sərəncam imzalanan gündən qüvvədədir. Sənəddə o da göstərilir ki, çağırış Ukraynanın administrativ ərazilərində yaşayan ehtiyatda və hərbi mükəlləfiyyətli hər kəsə aiddir.Təxminən 1 həftə əvvəl Ukraynanın cənub şərqində vəziyyətin gərginləşməsi ilə bağlı hərbi qüvvələrin səfərbər olunması barədə ilk çağırış edilmişdi. Çağırışa 18-25 yaşında olan, hərbi xidmətdən yayınmağa və möhlət hüququna icazəsi olmayanlar cəlb olunacaq.
OXŞAR XƏBƏRLƏR