Ukrayna Prezidentinin nümayəndəsi: "Rusiya vətəndaşları Krımı tədricən tərk edir”

Ukrayna Prezidentinin nümayəndəsi: "Rusiya vətəndaşları Krımı tədricən tərk edir”
DÜNYA
19:23 09.08.2023
234
"Rusiya vətəndaşları Krım körpülərinə və hərbi obyektlərə endirilən zərbələr nəticəsində yarımadanı tədricən tərk edir”.

Bunu Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva telemarafonun efirində deyib.

Onun sözlərinə görə, xalqın bir hissəsi bu partlayışlara sevinir: "Çünki onlar yarımadanın azad edilməsi ehtimalının daha real olduğunu anlayırlar. Siyasi və diplomatik həll yolu kifayət qədər uzundur. İnsanlar başa düşürlər ki, Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələr sayəsində azadlıq daha yaxındır”.

T.Taşeva bildirib ki, hədə-qorxuya baxmayaraq, Krımdakı bir çox insan Ukraynaya dəstəyini açıq ifadə edir: "Yarımadadakı rus işğalçıları isə repressiyaları gücləndirirlər".

Daimi nümayəndə özünün də Krıma qayıtmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Krımda Rusiya vətəndaşlarının sayının 500-800 min civarında olduğu bildirilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR