Ukrayna Prezidentinin Ofisi: Rusiya artıq Donbasa qarşı hücuma başlayıb

Ukrayna Prezidentinin Ofisi: Rusiya artıq Donbasa qarşı hücuma başlayıb
DÜNYA
11:07 10.04.2022
279
Rusiya qoşunlarının Donbasda hücumunun birinci mərhələsi artıq başlayıb, ikinci mərhələ üçün əlavə qüvvələrin gəlməsi gözlənilir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

O, Rusiyanın şimaldan və cənubdan eyni vaxtda hücum əməliyyatı keçirməyə çalışacağını vurğulayıb.

Bundan əvvəl Oleksiy Arestoviç qeyd edib ki, yaxın iki həftə ərzində Donbasda ağır döyüşlər aparılacaq və bu, müharibənin növbəti mərhələsinin taleyini müəyyən edəcək.
OXŞAR XƏBƏRLƏR