Ukrayna Prezidentinin xanımı koronavirusa yoluxub

Ukrayna Prezidentinin xanımı koronavirusa yoluxub
DÜNYA
15:42 12.06.2020
1213
Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

"Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın COVID-19 analizinin nəticəsi müsbət çıxıb. Birinci xanım özünü yaxşı hiss edir və onda xəstəliyin simptomları yoxdur. Xanım Zelenskaya hazırda ev şəraitində müalicə olunur və o, ailə üzvlərindən təcrid olunub”, - deyə məlumatda bildirilib.

Prezident V. Zelenski və övladları da COVID-19 analizi verib, lakin onların analizlərinin nəticələri mənfi olub.

Y. Zelenskayanın hansı şəraitdə infeksiyaya yoluxması barədə məlumat verilməyib.
 
///APA
OXŞAR XƏBƏRLƏR