Ukrayna rəsmi Bakıya minnətdarlığını azərbaycanca bildiridi - FOTO

SİYASƏT
12:20 28.03.2014
1912
Ukraynanın Xarici İşlər Nazirliyi Azərbaycana BMT Baş Assabmleyasında keçirilən müzakirələrdə dəstəyinə görə təşəkkür edib.
AZXEBER.COM xəbər verir ki, Ukrayna XİN-in “Twitter” səhifəsində bununla bağlı Azərbaycan dilində təşəkkür ifadə olunub.
“Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik”, deyə XİN bildirib.
Xatırladaq ki, martın 27-də BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.
Qətnamə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırır.
Azərbaycan da daxil olmaqla 100 üzv ölkə qətnamənin lehinə, 11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.
Qeyd edək ki, qətnamənin əleyhinə Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya,Veneseula, Zimbabve səs verib.
Qətnaməyə əsasən, Baş Assambleya Krımda keçirilmiş referendum qanunsuz hesab edib.

OXŞAR XƏBƏRLƏR