Ukrayna-Rusiya müharibəsində bir ilk - Qitələrarası ballistik raketdən istifadə edilib

Ukrayna-Rusiya müharibəsində bir ilk - Qitələrarası ballistik raketdən istifadə edilib
DÜNYA
16:12 21.11.2024
211
Rusiya bu səhər qitələrarası ballistik raketlər və qanadlı raketlərlə Dnepr şəhərinə hücum edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücumlarda iki nəfər yaralanıb, bu da müharibə başlayandan bəri ilk belə hadisədir.
 
Açıqlamada Rusiyanın cənubunda yerləşən Həştərxan şəhərindən qitələrarası raketin, Tambov vilayətindən Kh-47M2 Kinjal (xəncər) raketinin atıldığı və 7 ədəd uzaq mənzilli Kh-101 qanadlı raketinin atıldığı bildirilib.
 
Ukrayna da müharibə başlayandan bəri ilk dəfə qitələrarası ballistik raketlərdən istifadə etdiyini açıqlayıb.
 
Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky Baş nazir Viktor Orbanın Ukraynadakı hadisələri müzakirə etmək üçün çağırdığı Müdafiə Şurasının iclasından sonra verdiyi açıqlamada hərbi yolla deyil, diplomatiya yolu ilə ən qısa zamanda sülhün bərqərar olacağına hələ də inandıqlarını, ancaq həll üçün bütün imkanlara hazır olmaq üçün hava müdafiə sistemlərini və onların üzərində qurulan imkanları şimal-şərqə yerləşdirmə təlimatı verdiklərini" - deyib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR