Ukrayna-Rusiya müharibəsində yeni həmlə: Bu silahlarla hər şey dəyişəcək

Ukrayna-Rusiya müharibəsində yeni həmlə: Bu silahlarla hər şey dəyişəcək
DÜNYA
16:23 29.04.2022
390
Uzaq mənzilli silahlar Ukrayna-Rusiya müharibəsinin növbəti mərhələsində kritik əhəmiyyət kəsb edəcək.

AZXEBER.COM xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kanadanın müdafiə naziri Anita Anandla birlikdə Pentaqonda keçirdiyi mətbuat konfransında deyib. Pentaqon müharibənin növbəti mərhələsində hansı silahların həlledici rol oynayacağını açıqlayıb.

Pentaqon rəhbəri deyib ki, müharibənin növbəti mərhələsində uzaq məsafədən atəş həllədici rol oynayacaq. 

Anita Anand təsdiqləyib ki, kanadalı əsgərlər də ukraynalılara Haubitsa silahlarından istifadə etməyi öyrədirlər:

"Ukrayna qüvvələrinə M777 haubitsalarını tədarük etməklə dəstəyimizi artırdıq və təsdiq edə bilərəm ki, kanadalı əsgərlər hazırda ukraynalı həmkarlarına bu silahlardan istifadəni öyrədirlər".
 
Ayşən
OXŞAR XƏBƏRLƏR