Ukrayna Rusiya qazından imtina etməyə hazır deyil.ANS PRESS-in məlumatına görə, bu haqda bu gün Ukrayna hökumətinin başçısı Arseni Yatsenyuk xəbər verib."Mən populist bəyanat verə bilərdim, amma bu, yalan olacaq. Biz Rusiya qazından imtina edə bilmərik", - deyə Ukraynanın 1-ci milli kanalının efirində Yatsenyuk bildirib.