Ukrayna Rusiya sərhədinin 5 kilometrliyində bayraq qaldırdı

Ukrayna Rusiya sərhədinin 5 kilometrliyində bayraq qaldırdı
DÜNYA
23:07 11.11.2023
340
Ukrayna əsgərləri Xarkov vilayətinin Topoli kəndində dövlət bayrağını qaldırıblar.

AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, əsgərlər Rusiya ilə sərhəddə yerləşən, "boz zona" adlanan ərazidə yerləşən Topoli kəndinə gedib və orda Ukrayna bayrağını qaldırıblar.

Qeyd edilib ki, sözügedən kənd təmas xəttindən 2 km, Rusiya ilə sərhəddən isə 5 km aralıda yerləşir.
OXŞAR XƏBƏRLƏR