Ukraynanın "Naftoqaz" şirkəti Rusiyanın Krımdakı aktivlərinə görə Haaqa tribunalında iddia qaldırıb.
AZXEBER.COM xəbər verir ki, Krımda itirilən aktivlərinə görə şirkət Rusiyadan 5 milyard dollar təzminat tələb edir.
İddiaya əsasən, "Naftoqaz" və qrupa daxil 6 şirkət- "Çernomornefteqaz", "Ukrtransqaz", "Likvo", "Ukrqazdobiça", "Ukrktransnafta" və "Qaz Ukraini" şirkətləri Haaqa tribunalına müraciət ediblər. Şirkətlər Rusiyadan onlara dəyən ziyanı ödəməyi tələb edir.
Ekspertlər isə şirkətə dəyən ziyanı 5 milyard dollar qiymətləndiriblər. Bildirilir ki, məhkəmə 2018-ci ilin sonuna qədər qərar qəbul edəcək.
olke.az