Ukrayna Rusiyanın “Bayraktar”la bağlı yaydığı məlumatı təkzib etdi

Ukrayna Rusiyanın “Bayraktar”la bağlı yaydığı məlumatı təkzib etdi
DÜNYA
19:04 23.06.2022
314
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Türkiyə istehsalı olan "Bayraktar” pilotsuz uçuş aparatına qarşı Rusiya mənbələrinin apardığı təbliğatı təkzib edib.

Məlumatı "RBK Ukraina” yayıb.

Məlumata görə, Rusiya KİV-i "Foreign Policy”yə istinadən bildirib ki, guya ukraynalı pilotlar ABŞ istehsalı olan "MQ-1C Gray Eagle” pilotsuz uçuş aparatı təhlükəli, Türkiyənin "Bayraktar”ını isə faktiki olaraq yararsız sayıblar. Şuradan qeyd olunub ki, "Bayraktar” barəsində yayılan informasiya saxtadır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya KİV-inin Ukrayna ilə bağlı yaydığı başqa saxta informasiyaları da təkzib edib.
OXŞAR XƏBƏRLƏR