Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu

Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu
DÜNYA
11:23 04.10.2025
251
Oktyabrın 4-nə keçən gecə Kirişi şəhərində (Rusiya, Leninqrad vilayəti) Ukraynaya məxsus pilotsuz təyyarələr Kirişinefteorqsintez neft emalı zavoduna (KINEF) zərbələr endirib. Musavat.com  Unian-a istinadən xəbər verir ki, regionun qubernatoru Aleksandr Drozdenko sənaye zonasında yanğın baş verdiyini, yanğını söndürmək üçün təcili xidmətlər cəlb olunduğunu açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Drozdenko bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri 7 pilotsuz təyyarəni vurub. Şahidlərin sözlərinə görə, ən azı dörd dron neft emalı zavoduna zərbələr endirib.

Kirişinefteorqsintez Ukrayna sərhədindən 800 km-dən çox məsafədə yerləşir və Surqutneftegaz-a məxsusdur. Bu, illik gücü 10 milyon tondan çox neft olan Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Neft emalı zavodu benzin, dizel, təyyarə yanacağı və digər neft məhsulları istehsal edərək Rusiyanın daxili tələbatının əhəmiyyətli hissəsini ödəyir.

\Musavat.com
OXŞAR XƏBƏRLƏR