Ukrayna Rusiyanın itkilərini açıqladı - 5300 ölü, 200 tank...

Ukrayna Rusiyanın itkilərini açıqladı - 5300 ölü, 200 tank...
DÜNYA
11:55 28.02.2022
457
Ukrayna Rusiyanın itkilərini açıqlayıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar "Facebook"da paylaşım edib.

Onun sözlərinə görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiyanın qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.

O, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvənin itirdiyini bildirib.

Ukraynanın müdafiə rəsmisi bu məlumatın ilkin xarakter daşıdığını və hələ də hesablamaların aparıldığını bildirib.
OXŞAR XƏBƏRLƏR