Ukrayna səfiri xalqımızı təbrik etdi

Ukrayna səfiri xalqımızı təbrik etdi
SİYASƏT
11:33 20.03.2022
344
Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, səfirin bayram təbrikində deyilir:

"Qardaş Azərbaycan xalqını baharın, təbiətin canlanmasının, firavanlığın, həyat və əmin-amanlığın rəmzi olan gözəl Novruz bayramı münasibətilə təbrik edirəm! Ukraynaya bahar əvəzinə müharibə gəlsə də, əminəm ki, ailə rahatlığının bəxş etdiyi xoşbəxtliyi, siz - əziz azərbaycanlılar kimi, əsl dostlarla mehriban, səmimi və əyləncəli görüşləri yenidən hiss etmək üçün bu qaranlığa qalib gələcəyik. Novruz bayramınız mübarək!"
OXŞAR XƏBƏRLƏR