Ukrayna səmasını öz canları hesabına qoruyanlar: Müharibədə öldürülən 109 uşaq - FOTO

ÖZƏL
16:18 18.03.2022
986
Ukraynanın Lvov şəhərində müharibədə öldürülən körpələr yad edilib.
 
AZXEBER.COM xəbər verir ki, Rusiyanın müharibə zamanı qətlə yetirdiyi 109 körpənin xatirəsi Lvovda yad edilib. 
 
Bu barədə şəhərin meri Andrey Sadovı məlumat verib. 
 
O deyib ki, Lvovun mərkəzində 109 uşaq arabası quraşdırılıb, Rusiyanın təcavüzü nəticəsində bu qədər uşaq həlak olub:
 
"Bu gün Rınok meydanındakı boş uşaq arabaları Ukraynanın səmasını qoruyan mələklərin həyatının simvoludur. Bu, Ukraynanın ödədiyi dəhşətin bədəlidir. Biz dünyanın bütün böyük ölkələrinə səslənirik: Ukraynalıları qoruyun, uşaqları qoruyun və onlara gələcək verin. Digər ölkələrin hökumətlərindən Ukrayna səmasını bağlamağı tələb edirik.
 
Mikayıl 
 

 


OXŞAR XƏBƏRLƏR