Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir qəsəbəni azad etdi

Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir qəsəbəni azad etdi
DÜNYA
21:38 03.05.2022
698
Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığındakı daha bir qəsəbəni azad edib.

Bunu daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkə hesabında bildirib.

"92-ci briqada Xarkov vilayətində Starıy Saltovla qonşu olan Molodovı qəsəbəsinə nəzarəti bərpa edib”, – Geraşenko qeyd edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücum əməliyyatı keçirərək Rusiya hərbçilərini Xarkovdan 25 kilometr geriyə sıxışdırıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR