Ukrayna ‘Şokolad Kralı’nı prezident seçdi - YENİLƏNİB - FOTOLAR

DÜNYA
01:28 26.05.2014
1996

Vitali Kliçko Kiyevin yeni meri oldu

Ukraynalı iş adamı, Şokolad Kralı kimi tanınan, Petro Poroşenko seçkilərdə qalib gəldiyini bəyan edib. O, həmçinin yaxın müttəfiqi, Vitali Kliçkonu Kiyevin yeni meri kimi təqdim edib. Poroşenko parlament seçkilərinin 2014-cü ildə keçiriləcəyini də bildirib. Poroşenko deyib ki, Ukrayna Krımın Rusiya tərəfindən ilhaq olunmasını heç vaxt tanımayacaq.

**

Ukraynada prezident seçkiləri sona çatıb. Ukraynanın birinci telekanalı Ukrayna üzrə səsvermənin exit poll-unu açıqlayıb. Telekanalın keçirdiyi sorğuya görə prezidentliyə namizəd Petro Poroşenko səsvermənin ilk turunda qalib gəlib. Petro Poroşenko - 55,70 % Yuliya Timoşenko - 12,9 % Oleq Lyaşko - 8,8 % Anatoli Qricenko - 6 % Sergey Tyaqipko - 4,6 % Dmitri Jaroş - 1,1 % Mərkəzi Seçki Komissiyası ilkin rəsmi nəticələri yaxın saatlarda elan edəcək.

OXŞAR XƏBƏRLƏR