"Biz Ukrayna taxılını dünya bazarlarına çıxarmaq və iqtisadi yardım göstərmək üçün birgə işi davam etdirəcəyik”.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X” sosial şəbəkəsindəki hesabında yazıb.
O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə məhsuldar bir görüşün baş tutduğuna diqqət çəkib.
"Zelenski ilə məhsuldar görüş oldu. Biz Ukraynanın Avropa İttifaqı yolunda irəliləyişini və Rusiyanın təcavüzü qarşısında davamlı dəstəyimizi müzakirə etdik”, - paylaşımda qeyd olunub.