Ukrayna Təhlükəsizlik Şurası: "Moskvaya PUA hücumunu biz təşkil etməmişik"

Ukrayna Təhlükəsizlik Şurası: "Moskvaya PUA hücumunu biz təşkil etməmişik"
DÜNYA
18:57 02.06.2023
236
"Moskvaya pilotsuz uçuş aparatlarının (PUA) hücumunda Ukraynanın heç bir əlaqəsi yoxdur".

Bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.

O, bu hücumun Rusiyanın özü tərəfindən təşkil edilməsinin mümkünlüyünü ifadə edib: "Bəlkə də, onlar bu yolla hansısa əməliyyatlara hazırlaşırlar”.

O.Danilov Moskvanın Rusiyanın ən çox mühafizə olunan ərazisi olduğunu xatırladıb: "Hətta Prezident Vladimir Putin də orada olur. O zaman müdafiə sistemləri haradadır?”.

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA-larla hücum olub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR