"Ukrayna ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüşün nəticələrini üç meyarla qiymətləndirəcək.”
Bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Podolyakın dediyi üç meyar aşağıdakı kimidir:
1. Atəşin dərhal, qeyd-şərtsiz və tam dayandırılması.
2. Moskvanın veto hüququ olmadan Ukrayna və Avropa ilə razılaşdırılmış, gələcək sülh prosesinin prinsipləri. Xüsusən də real üçtərəfli danışıqlar formatı.
3. Rusiya resurslarının alıcıları olan bütün digər ölkələrə aydın siqnal: müharibəyə dəstək təcrid və bazarların itirilməsi deməkdir. Sanksiyalar.
"Ərazilərin alqı-satqısı nəzərdə tutulmur, işğal olunmuş ərazilərə xüsusi status verilmir. Əvvəlcə insan ölümləri dayandırılır, sonra siyasət başlayır. Aydındır ki, prezident Tramp Alyaskanı başqasının ssenarisində əlavə olaraq deyil, sülhməramlı kimi tərk etmək istəyir", - Podolyak bildirib.
O əlavə edib ki, bu, yalnız atəşkəs rejiminin bir neçə saat ərzində həyata keçirilməsi şərtilə mümkündür.
O qeyd edib ki, bu baş verməsə, sərt təzyiq alətləri avtomatik olaraq tətbiq edilməlidir.
/APA