Ukraynanın müdafiə naziri Denis Şmıqal və Böyük Britaniyanın Müdafiə Qərargahının rəhbəri pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlığı müzakirə ediblər.
Bu barədə D.Şmıqal sosial şəbəkə hesabında yazıb.
"Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi admiral Entoni Radakin və aviasiya baş marşalı ser Riçard Naytanla mühüm görüş keçirdim", - o bildirib.
Onlar Ukrayna Müdafiə Qüvvələrinin ehtiyaclarını, xüsusilə Britaniya sənayesi ilə tərəfdaşlıqda pilotsuz uçuş aparatlarının əsas növlərinin istehsalının artırılması məsələsini müzakirə ediblər. Həmçinin "Build with Ukraine" təşəbbüsü çərçivəsində sənaye kooperasiyası, səmərəli təhlükəsizlik zəmanətlərinin yaradılması üzrə beynəlxalq səylər müzakirə olunub.
Tərəflər həmçinin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun sentyabrda Londonda keçirilməsi planlaşdırılan növbəti iclasına hazırlığı müzakirə ediblər.
\report