Ukrayna və Polşa liderləri NATO-nun qarşıdan gələn sammitini müzakirə ediblər

Ukrayna və Polşa liderləri NATO-nun qarşıdan gələn sammitini müzakirə ediblər
DÜNYA
18:46 09.07.2023
191
Ukrayna Prezidenti Volodimir Zelenski Lutskda polşalı həmkarı Anjey Duda ilə iyulun 11-12-nə planlaşdırılan NATO sammitini müzakirə edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri tviterdə yazıb.

"Anjey Duda ilə NATO-nun Vilnüsdə keçiriləcək sammiti barədə qısa şəkildə danışa bildik. Biz Ukrayna üçün ən yaxşı nəticə əldə etmək üçün birlikdə işləməyə razılaşdıq", - Zelenski qeyd edib.

Bundan əvvəl Zelenski və Duda Lutskda Müqəddəs Pyotr və Pavel kilsəsində keçirilən ibadət mərasimində iştirak ediblər, burada II Dünya Müharibəsi və Volın faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
OXŞAR XƏBƏRLƏR