Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətləri arasında İstanbuldakı danışıqlar sabaha ertələnib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna heyətinin nümayəndəsi David Araxamiya teleqramda yazıb.O, bildirib ki, danışıqlar sabah səhər saat 10-da danışıqlara başlayacaq.
"Biz hələ də yoldayıq, logistik çətinliklərə görə gəlişimiz kifayət qədər gec vaxta gözlənilir. Rusiya nümayəndə heyəti də yarım saat əvvəl yola düşüblər, onlar da təqribən saat 21:00-da çatacaqlar, ona görə qərara gəldik ki, hamı gəlsin, yerləşsin, sabah səhər saat 10-da danışıqlara başlayacağıq”, - Ali Radanın deputatı vurğulayıb.