Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutub
DÜNYA
19:24 08.01.2023
265
Ukrayna və Rusiya növbəti əsir mübadiləsini gerçəkləşdiriblər.

Bu barədə bu ölkələrin rəsmiləri məlumat yayıb.

Ukrayna Prezident Ofisi və Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əsir mübadiləsi "50-nin 50-yə prinsipi” ilə baş tutub.

Prezident Ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, qaytarılan Ukrayna hərbçilərindən 33-ü zabit, 17-si sıravi çavuşdur.

Rəsmi Moskva isə açıqlamasında bildirib ki, azad edilənlər Aerokosmik Qüvvələrin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə idarələrin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya çatdırılacaq. Qaytarılan əsirlərin hansı rütbədə olduqları qeyd olunmayıb.
OXŞAR XƏBƏRLƏR