Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər

Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
DÜNYA
13:46 27.08.2026
190
Müharibənin başa çatdırılması üzrə danışıqlar çərçivəsində Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər.

"RBK-Ukrayna" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Novosti.LIVE"a şərhində bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlar aparılmır, lakin onun bərpa edilməsi planlaşdırılır.

"Mən danışıqların bərpa olunacağına ümid edirəm. Eyni zamanda amerikalılarla da. Onlarsız heç cür mümkün deyil", - Budanov deyib.

O qeyd edib ki, danışıqlar prosesi çərçivəsində növbəti hadisələr elə sentyabrda baş verə bilər.
 
///report///

OXŞAR XƏBƏRLƏR