Ukrayna vilayət rəhbərindən etiraf: Şəhərdə vəziyyət çox ağırdır

Ukrayna vilayət rəhbərindən etiraf: Şəhərdə vəziyyət çox ağırdır
DÜNYA
13:38 16.03.2022
335
Uraynanın Nikolaev vilayətinin rəhbəri Vitali Kim bölgədəki vəziyyət haqqında danışıb.
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, o vəziyyətin çox çətin olduğunu etiraf edib.
 
O deyib ki, insanların şəhərdən təxliyəsi davam edir: 
 
"Biz ehtiyatları bərpa edirik. Gücləndiririk, müdafiəmizi gücləndiririk. Silahlı Qüvvələrimizin işğaldan azad etdiyi kəndlərdə humanitar yardımla irəliləyirik, evini itirənləri təxliyə edir, təhlükəsiz ərazilərə daşıyıb məskunlaşırıq".
 
O hərbi vəziyyətin çox ağır olduğunu deyib: "Hərbi nöqteyi-nəzərdən çətindir, itkisiz deyil. Ancaq onların itkisi dəfələrlə çoxdur. Biz onları təqib edirik, taktika seçirik". 
 
Bundan əlavə, o, regiona müxtəlif ölkələrdən - Kanada, ABŞ, Avstraliya, Böyük Britaniyadan həkimlərin gəldiyini bildirib.
OXŞAR XƏBƏRLƏR