Ukrayna Xerson bazarına dronlarla zərbə endirib, 7 nəfər ölüb

Ukrayna Xerson bazarına dronlarla zərbə endirib, 7 nəfər ölüb
DÜNYA
13:32 01.05.2025
248
Ukrayna Silahlı Qüvvələri (SQ) FPV-dronları vasitəsilə Xerson vilayətinin Alyoşki şəhərindəki bazara kütləvi zərbə endirib, yeddi nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Bu barədə regionun Rusiya nəzarətində olan hissəsinin başçısı Vladimir Saldo bildirib.

"Moskva vaxtı ilə təxminən 09:30-da Alyoşkidə mərkəzi bazar ərazisinə Ukrayna Silahlı Qüvvələri FPV dronları ilə kütləvi zərbə endirib. İlkin məlumatlara görə, azı 7 nəfər həlak olub, 20-dən çox insan yaralanıb", - o qeyd edib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.
 
report
OXŞAR XƏBƏRLƏR