Ukrayna Xerson vilayətində 5 yaşayış məntəqəsini azad edib

Ukrayna Xerson vilayətində 5 yaşayış məntəqəsini azad edib
DÜNYA
19:23 12.09.2022
281
"Ukrayna Silahlı Qüvvələri (SQ) son iki həftə ərzində Xerson vilayətində təxminən 500 kvadrat kilometr ərazini azad edib. Eyni zamanda, 5 yaşayış məntəqəsi azad olunub”.

Bunu Ukraynanın Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Vısokopolye, Novovoznesenskoe, Beloqorka, Suxoy Stavok və Mirolyubovkanı azad edib.
OXŞAR XƏBƏRLƏR