Ukrayna Xerson vilayətində indiyədək neçə məntəqəni azad edib?

Ukrayna Xerson vilayətində indiyədək neçə məntəqəni azad edib?
DÜNYA
20:27 21.10.2022
330
 
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində indiyədək 88 yaşayış məntəqəsini işğaldan azad edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib.

"Xersonda 88 yaşayış məntəqəsi işğaldan azad edilib”, - məlumatda deyilir.

O, həmin ərazilərdə 11 827 mülki şəxsin yaşadığını söyləyib: "Onlara lazımi humanitar yardım göstərilir. Həyat təminatı üçün zəruri obyektlər də bərpa olunur. Yollar təmizlənir, mobil rabitə bərpa olunur".
 
OXŞAR XƏBƏRLƏR