Ukrayna ordusu rusların işğalı altında olan Xerson şəhərinə raket zərbələri endirib.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr Xerson şəhər administrasiyasının binasına endirilib. Binaya 5 raketin atıldığı bildirilir.
Çoxlu sayda ölü və yaralının olduğu ilə bağlı məlumatlar yayılıb.