"Ukraynada Donbass ətrafında ciddi döyüş gözlənir. Bu 21-ci əsrin ən böyük döyüşü olacaq. Təkcə Ukrayna tərəfindən 90 minlik ordunun, Rusiya tərəfindən isə daha böyük ordunun iştirak edəcəyi gözlənilir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri politoloq Fərhad Mehdiyev deyib.
O bildirib ki, döyüş yaxın günlərdə baş tutacaq:
"Böyük Britaniyanın və Türkiyənin silahlarla dəstəyi bu döyüşdə həlledici ola bilər".