Ukraynada 28 uşaq həlak olub, 64 uşaq yaralanıb

Ukraynada 28 uşaq həlak olub, 64 uşaq yaralanıb
DÜNYA
16:59 04.03.2022
366
Ukraynada gedən müharibənin 8 günü ərzində 28 uşaq həlak olub, 64 uşaq yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu haqda Ukrayna Prezident Aparatı məlumat yayıb.

"Doğum evləri, uşaq bağçaları, məktəblər dağıdılıb. Hazırda mərmilərdən əziyyət çəkən və mühasirəyə alınan ərazilərdə 1,5 milyona yaxın uşaq yaşayır. Onların arasında təcili yardıma ehtiyacı olan kimsəsiz və sağlamlıq imkanları məhdud uşaqlar da var".

Ukrayna Beynəlxalq Qızıl Xaç Komitəsindən humanitar dəhlizlərin yaradılmasına təcili yardım göstərməyi xahiş edib.
OXŞAR XƏBƏRLƏR