Ukrayna ölkədə 90 minə yaxın rus əsgəri olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Aparatının baş müşaviri Oleksiy Arerestoviç bildirib ki, hazırda Ukraynada 90 minə yaxın rus əsgəri var.
Arestoviç mətbuata verdiyi açıqlamada ölkəsinə müharibə elan edən rus ordusundan 90 min əsgərin Ukraynada olduğunu, daha 22 min rus əsgərinin isə Ukrayna sərhədində gözlədiyini bildirib.
Xatırladaq ki, dünən Ukrayna hakimiyyəti ölkəyə müharibə elan edən Rusiya ordusunun indiyədək 20 min 900 əsgər, 171 təyyarə, 150 helikopter, 815 tank, 2087 zirehli texnika, 391 top, 136 reaktiv yaylım atəş sistemi və 67 hava hücumundan müdafiə sistemi itirdiyini açıqlayıb.