Ukraynada azərbaycanlı döyüşçü həlak olub

Ukraynada azərbaycanlı döyüşçü həlak olub
SOSİAL
16:30 16.08.2022
285
Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzovun məlumatına əsasən, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada "Gürcü legionu"nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub.

V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.
OXŞAR XƏBƏRLƏR