Xerson Dövlət Universitetində Xocalı soyqrımının 22-ci ildönümünə həsr olunmuş anım mərsimi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər Birlyinin (UAGB) Ümumukrayna Gənclər Assambleyasının və ASAİF-in təşəbbüsü və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının dəstəyi ilə Ukraynada elan olunmuş Xocalı ayı çərçivəsində növbəti tədbir Xerson Dövlət Universitetində keçirilib.
Xocalı soyqrımını törətməklə bəşər tarixinin qəddarlıq səlnaməsinə əbədi imza atan erməni qəsbkarları öz tarixi cinayətləri qarşısında cavab verməlidir. Xerson Dövlət Universitetinin müəllim heyətinin, tələbələrin və bir sıra xalqların diaspora təşkilatları nümayəndələrinin qatıldığı anim mərasimində çıxışına bu sözlərlə giriş verən Ukrayna Azərbaycanlı Gənclər Birlyinin Xerson Vilayət təşkilatının sədri Elbin Quliyev ermənilərin son iki əsrdə azərbaycanın tarixi ərazilərində həyata keçirtdikləri soyqrim,deportasiya və işğlçılıq siyasti haqqında ətrafli məlumat verib . Sonra mərasimə qatılanlar Trend İnformasiya agentliyinin xətti ilə çəkilmiş Sözün bitdiyi zaman filminə baxmaqla ermənilərin son iki əsrdə azərbaycan xalqına qarşı həyata keçirtdikləri soyqrım və işğalçılıq siyasəti ilə tanış olublar. Filmə baxdıqdan sonra həyacanlı notlarla çıxış edən Xerson Gənclər Təşkilatının rəhbəri Andrey Solomoxin, Xerson Dövlət Universitetinin xarici dillər kafedrasının müdiri Yevgeni İrkliy və digər tədbir iştirakçıları ermənilərin xocalı şəhərində dinc əhaliyə, xüsusəndə uşaqlara , qadınlara və yaşlı insanlara qarşı törətdikləri vəhşilikləri bir xalqa və millətə qarşı yönəlmiş əsl soyqrım siyasəti adlandirıblar.Beynəlxalq təşkilatları və dünya birliyini belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməyə səsləyiblər.






