Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak olub

Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak olub
DÜNYA
11:35 16.11.2022
170

Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik-leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.

Bundan başqa, Ukraynaın Xerson vilayətinin hələ işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olub. Ölən gənclərin yaxınları ərazinin hazırda Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib.

OXŞAR XƏBƏRLƏR