Ukraynada bir sıra çağırışçılara səfərbərlikdən möhlət hüququ verilə bilər

DÜNYA
20:58 03.09.2024
180
Ukraynada hərbi xidmətə məhdud yararlı sayılan yaşı 25-dək olan şəxslər səfərbərliyə cəlb olunmaya bilər.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ali Rada Səfərbərlik və Səfərbərlik Hazırlığı haqqında qanuna bununla bağlı dəyişikliyi birinci oxunuşda qəbul edib.

Lehinə 295 deputatın səs verdiyi qanun qüvvəyə mindikdən sonra bu qəbildən olan çağırışçılara səfərbərlikdən möhlət hüququ veriləcək.
OXŞAR XƏBƏRLƏR