Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu - FOTO

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu - FOTO
SOSİAL
10:37 10.03.2023
96
Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna ordusunun baş əsgəri İlkin Hacıyev iki gün əvvəl Donbas istiqamətində həlak olub.

Əslən Azərbaycanın Mingəçevir şəhərindən olan İ.Hacıyev Ukraynanın Vinnitsa şəhərində yaşayıb.
 
 

 


OXŞAR XƏBƏRLƏR