Ukraynada daha bir jurnalist öldürüldü

Ukraynada daha bir jurnalist öldürüldü
DÜNYA
16:40 05.05.2022
370
Orduya könüllü şəkildə qatılan ukraynalı jurnalist öldürülüb. 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya hücumundan sonra peşəsini tərk edərək orduya gedən jurnalist Aleksandr Maxovun vəfat etdiyini açıqlayıb.
 
Ukrayna prezidenti Volodimir Zelenskinin verdiyi açıqlamada 36 yaşlı ukraynalı jurnalist Aleksandr Maxovun Rusiya ordusuna qarşı döyüşmək üçün peşəsini tərk edərək dünyasını dəyişdiyi bildirilib.
 
Zelenski Maxov haqqında fikirlərini bölüşüb: "O, vətənpərvər, səmimi və həmişə təkəbbürdən uzaq idi. O, həmişə ən cəsurlar arasında olub”.
 
Qeyd edək ki, Ukraynanın şimal-şərqindəki İzyum şəhərində həyatını itirən jurnalist Maxov 2 aydan artıqdır davam edən müharibədə həyatını itirən 8-ci jurnalistdir. 
 
Ayşən
OXŞAR XƏBƏRLƏR