Ukraynada deputat taksidə ölü tapıldı

Ukraynada deputat taksidə ölü tapıldı
DÜNYA
11:35 08.10.2021
519
Ukraynada Ali Radanın deputatı, 33 yaşlı Anton Polyakov ölü tapılıb.

"Bu gün, oktyabrın 8-də, Kiyev polisi Ukrayna millət vəkili Anton Polyakovun paytaxtın Dnepr rayonunda ölü tapıldığı barədə məlumat aldı”, - deyə polis idarəsindən bildirilib.

Məlum olub ki, o taksidə gedərkən halı pisləşib. Təcili yardım həkimləri millət vəkilinin həyatını xilas edə bilməyiblər.

Hadisə barədə araşdırma aparılır.

Xatırladaq ki, bir il əvvəl Polyakov Kiyevdə döyülmüşdü.


OXŞAR XƏBƏRLƏR