Ukraynada Donetsk respublikasının yaradıldığı elan edildi

SİYASƏT
15:41 07.04.2014
1014
Ukraynada Donetsk vilayət şurası Donetsk xalq respublikasının yaradılmasını elan edib.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Donetsk vilayət şurasının növbədənkənar toplantısında qəbul olunub.
Şura deputatları Donetsk xalq respublikasının dövlət müstəqilliyi haqda bəyanat qəbul ediblər.
Toplantı zamanı həmçinin yeni yaradılmış respublikanın Rusiya Federasiyasına qəbulu haqda qərar verilib.
Donetsk vilayət şurasının binası önündə toplaşan şəxslər bu qərarı “Putin bizə kömək et” şüarı ilə qarşılayıblar.

OXŞAR XƏBƏRLƏR