Ukraynada dövlətə xəyanətə görə cəzalar sərtləşdirilir

Ukraynada dövlətə xəyanətə görə cəzalar sərtləşdirilir
DÜNYA
22:30 09.03.2022
375
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət dövründə dövlətə xəyanət və talanlara görə məsuliyyətin artırılmasını nəzərdə tutan fərman imzalayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir.

Bununla da Ukraynada dövlətə xəyanətə görə maksimum cəza əmlakı müsadirə olunmaqla ömürlük həbs sayılır. Talana görə isə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əvvəllər bu maddələr üzrə maksimum cəza müvafiq olaraq 15 və 10 il idi.
OXŞAR XƏBƏRLƏR