Ukraynada əcnəbi diversant saxlanılıb

Ukraynada əcnəbi diversant saxlanılıb
DÜNYA
20:58 29.05.2024
150
Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa ərazisində diversiya fəaliyyəti ilə məşğul olan əcnəbini saxlayıb.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, araşdırmalar zamanı onun Şərqi Avropa ölkələrindən birinin vətəjndaşı olduğu müəyyən edilib.

O da bildirilib ki, həmin şəxs aprel ayında Odessadakı iki elektrik stansiyasının avadanlıqlarını benzinlə yandırıb. Nəticədə 8 yaşayış məntəqəsinin elektrik təchizatı dayandırılıb.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, hərbi vəziyyət dövründə təxribatların törədilməsinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR